XİN Azərbaycan xalqını təbrik etdi

18 Oktyabr 2024 08:17 (UTC+04:00)

Bütöv və suveren Azərbaycanımıza şanlı tarix, əbədi və dönməz olan müstəqillik yolu arzu edirik. SİA xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Azərbaycanın Müstəqilliyini Bərpası Günü münasibətilə “X”dəki hesabında yer alıb.

“Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi və dövlətçilik ənənələrimizin dirçəldiyi 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, bütöv və suveren Azərbaycanımıza hər zaman şanlı tarix, əbədi və dönməz olan müstəqillik yolu arzu edirik”, - paylaşımda qeyd edilir.