"Hücumlara davam edəcəyik" - Netanyahu

18 Oktyabr 2024 04:12 (UTC+04:00)

HƏMAS lideri Yəhya Sinvarın ölümündən sonra İsrailin baş naziri Binyamin Netanyahu müharibənin hələ bitmədiyini və hücumları davam etdirəcəklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu "Missiya hələ bitməyib və biz qaçırılanları xilas etməliyik" deyə bildirib.

İsrail rəsmilərinin HƏMAS lideri Yəhya Sinvarın İsrailin hücumu nəticəsində öldüyünü açıqlamasının ardınca İsrailin baş naziri Binyamin Netanyahu "Həmas bundan sonra Qəzzanı idarə etməyəcək" deyə əlavə edib.

Netanyahu müharibənin hələ bitmədiyini və onlara ağır bədəl ödətməyə davam edəcəklərini bildirib. Digər tərəfdən İsrail polisinin verdiyi açıqlamada, cəsədin Sinvara aid olduğu qənaətinə DNT testləri nəticəsində nail olunduğu bildirilib.