"Fənərbaxça” futbolçusu ilə yollarını ayırıb

18 Oktyabr 2024 06:40 (UTC+04:00)

“Fənərbaxça” futbolçusu Rayan Kentlə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Qeyd edək ki, Kent ötən ilin yayında “Fənərbaxça”ya keçib. O, komanda ilə çıxdığı 19 rəsmi matçda 1 qol vurub.