Bayden Almaniyaya səfər etdi

18 Oktyabr 2024 02:49 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden Almaniyaya səfər edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ötən gecə Amerika liderinin təyyarəsi "Air Force One Berlinə" eniş edib.

Oktyabrın 16-da Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, səfər zamanı Amerika liderinin Almaniya kansleri Olaf Şolts və ölkə prezidenti Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılıb.

Onun sözlərinə görə, Bayden Almaniya rəhbərliyi ilə təkcə ikitərəfli məsələləri deyil, həm də beynəlxalq gündəmi, o cümlədən Ukrayna böhranını müzakirə etmək niyyətindədir.