"Hizbullah" müharibənin yeni mərhələsinin başladığını elan etdi

18 Oktyabr 2024 05:17 (UTC+04:00)

Livanın "Hizbullah" qruplaşması İsrailə qarşı müharibənin yeni mərhələsinə başladığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə "Hizbullah"ın açıqlamasında bildirilib.

"Komandanlığın göstərişlərinə əsasən, İslam Müqavimətinin Əməliyyat Qərargahı İsrail ilə qarşıdurmanın yeni mərhələsinə keçdiyini elan edir", - deyə bildirilib.

Qeyd olunub ki, qarşıdurmanın yeni mərhələsi “yaxın günlərdə baş verən hadisələrin inkişafı ilə açıqlanacaq”.

Bəyanatda bildirilib ki, İslam Müqaviməti İsrailin Livana hücumuna müqavimət göstərməkdə davam edir, Livanın cənubunda cəbhə xəttində İsrail ordusuna xeyli canlı qüvvə və texnika itkisi verir.