Bosniya və Herseqovinada saxta bomba xəbərdarlığına görə beş gənc həbs edilib

18 Oktyabr 2024 02:37 (UTC+04:00)

Bosniya və Herseqovinada bomba təhlükəsi ilə bağlı elektron poçt vasitəsilə saxta xəbərdarlıq göndərməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan beş nəfər həbs olunub. SİA xəbər verir ki, polis həmin azyaşlıların paytaxt Sarayevoda müxtəlif binalarda saxta bomba xəbərdarlığı etdikləri və əhəmiyyətli dərəcədə dövlət xərclərinə səbəb olduqları üçün həbs edildiklərini açıqlayıb. Onların müxtəlif vaxtlarda 49 dəfə saxta bomba xəbərdarlığı göndərdiyi bildirilib.

Saxlanılan şəxslər yalan məlumat verməkdə və təhlükəsizliyi pozmaqda şübhəli bilinir. Onları 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir.

Son həftələrdə polis Sarayevoda bomba xəbərdarlığına görə məktəblərlə yanaşı, paytaxtın üç ən böyük ticarət mərkəzində və Sarayevo Aeroportunda yoxlamalar aparıb, binalar boşaldılmalı olub.