Qəddafinin qızı ilk dəfə Moskvada keçirilən sərgidə rəsmlərini təqdim edib

18 Oktyabr 2024 00:56 (UTC+04:00)

Liviyanın keşmiş rəhbəri Müəmmər Qəddafinin qızı Aişə indiyə qədər heç bir yerdə nümayiş olunmayan rəsmlərini Moskvadakı sərgiyə gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 5-tv.ru-nun hadisə yerindən müxbiri xəbər yayımlayıb.

Rəssamın sözlərinə görə, təqdim etdiyi əsərlər onun atasının və qardaşının vəfatının xatirəsinə çəkilib.

Əsərləri, Ayşənin özünün də etiraf etdiyi kimi, ailənin başına gələn faciəni təsvir edir.

...Əvvəllər rəsmlərimi əvvəlki sərgilərdə təqdim etmişəm, amma bu gün ilk dəfədir ki, bu əsərləri təqdim edirəm.

Bunu Ayşə bildirib.

Xatırladaq ki, Müəmmər Qəddafi 1969-cu ildən Liviyaya rəhbərlik edib, lakin 2011-ci ildə ölkədə üsyan baş verib və bu zaman Qəddafi devrilib.

Sonradan onun öldürüldüyü məlum olub. Hökmdarın ölümündən sonra ölkədə müxtəlif qruplaşmalar arasında silahlı toqquşmalar davam edir.

...Bu günə qədər Liviyada ikili hakimiyyət rejimi fəaliyyət göstərir: şərqdə marşal Xəlifə Haftarın Liviya Milli Ordusu (LNA ilə əməkdaşlıq edən xalq tərəfindən seçilən parlament, qərbdə isə paytaxt Tripolidə BMT və Avropa İttifaqının dəstəyi ilə yaradılmış Fayez əl-Sərracın Milli Razılıq Hökuməti (UMH)...

Əli Babayev