Putin son böyük Qərb banklarının Rusiyadan çıxmasına qadağa qoyub

18 Oktyabr 2024 00:26 (UTC+04:00)

...Rusiyadakı son iki böyük Qərb bankı - Avstriyanın “Raiffeisen” və İtaliyanın “UniCredit” bankları Rusiyadakı törəmə şirkətlərini satmaq və Avropa Mərkəzi Bankının Rusiya bazarından tamamilə çıxmaq əmrini yerinə yetirməkdə çətinlik çəkirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya hakimiyyəti açıq şəkildə bəyan edib ki, onlar “Raiffeisen” və “UniCredit” banklarının Qərbin sanksiyaları altına düşə biləcəyi istənilən şəxsə satışını əngəlləyəcəklər.

...Bu cür şərtlər bankların Rusiya alıcısına satılmasını istisna edir, potensial xarici investorlar isə Qərb tənzimləyiciləri tərəfindən bloklanır.

Rusiya prezidenti Vladimir Putin və hökuməti Qərb banklarını transsərhəd ödənişlər üçün mühüm kanal kimi görür.

Bunu Bloomberg mənbələrindən biri deyib.

Onlarsız Qazprombank xarici valyutada əməliyyatlar aparan yeganə iri bank olaraq qalacaq. Avropa sanksiyalarına məruz qalmır və SWIFT-ə çıxışını saxlayır, o, Rusiya qazı üçün Avropadan ödənişlər alır.

Rusiyanın ən böyük Qərb bankı olan “Raiffeisen” son iki ildə aktivlərinə görə Rusiya Federasiyasında ilk 15-likdə olan törəmə bankı üçün çoxlu potensial alıcılar tapıb. Lakin onların demək olar ki, hamısı Qərb tənzimləyiciləri tərəfindən bloklanıb və biri də Moskvada təsdiqlənməyib.

Bunu da Bloomberg-in mənbələri deyir.

“UniCredit” praktiki olaraq Rusiya bankının Birləşmiş Ərəb Əmirliklərinin Mubadala suveren fonduna satılması ilə bağlı razılığa gəlib. Bununla belə, sövdələşmə ABŞ-da təsdiqlənməyib.

Əli Babayev