Somalidə hücum törədildi, ölənlər var

17 Oktyabr 2024 22:45 (UTC+04:00)

Somalidə polis akademiyası yaxınlığında törədilən hücum nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, hadisə paytaxt Moqadişodakı General Kaaxiyə adına polis akademiyası yaxınlığında baş verib. Hücum nəticəsində polis əməkdaşları da daxil olmaqla 7 nəfərin öldüyü, çox sayda adamın yaralandığı bildirilib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.