"Çaydan dənizə qədər Fәlәstin azad olacaq’’ şüarını eşitmisinizmi?

17 Oktyabr 2024 22:33 (UTC+04:00)

"Çaydan dənizə qədər Fәlәstin azad olacaq’’ şüarını eşitmisinizmi? Bu, fələstinlilər və onların hüquqlarını müdafiə edənlər tərəfindən istifadə olunan ifadədir. Bir çoxları üçün azadlığı, və sülhü təmsil edən bir şüardır.

Fəallar bu şüarın insanları bir araya gәtirdiyini və 76 ildir İsrailin işğalı altında yaşayan fələstinlilərә ümid və ilham verdyini deyir. Lakin İsrail tərəfdarı qruplar və hökumətlər bu şüara reaksiya göstәrir. Media və texnologiya şirkətləri belә bu şüara senzura tәtbiq edir.

Bəs bu ifadə niyә bu qədər mübahisəlәrә sәbәb olub? Gəlin bu şüarın tarixinә və mənasına nәzәr salaq. Bu ifadənin özəyində fələstinlilərin azadlığı dayanır. Şüardakı "çay" İordan çayı, "dəniz" isə Aralıq dənizini ifadә edir. Beləliklə, bu şüar iki su hövzəsi arasında müstəqil Fələstin dövlətinin yaradılması ilә әlaqәdar çağırış edir. Bu ifadə fələstinlilərin öz torpaqlarına olan dərin bağlılığı ilә yanaşı müstəmləkəçiliyə son qoyulmağa çağırır. Bu, nəsillər boyu Fələstin folklorunda və inqilabi mahnılarda təkrarlanan bir mövzu olub.

Hər şey 1947-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Fələstini iki dövlətə bölmək üçün səs verməsi ilə başladı. Biri yəhudilər, digəri isә ərəblər üçün. Bu səsverməsindən sonra regionda zorakılıq baş qaldırdı və sionist silahlılar fələstinliləri evlərindən və torpaqlarından qovmağa başladılar.

Bu olay ərəbcə "fəlakət" mənasını verən Nəkbə adlandırıldı və İsrail dövlətinin yaradılması ilə nəticələndi. Təxminən 700 000 fələstinli öz evlərindən zorla qovuldu. Bu faciəvi hadisə indi Fələstin mәsәlәsinin әsas problemidir və fәlәstinlilәrin hüquqları və tanınması uğrunda aparılan mübarizənin xatırladıcısıdır. Nəkbədən sonra fələstinlilər "çaydan dənizə qədər" ifadəsini torpaqlarının qaytarılması və azad yaşamaq ümidinin rəmzi kimi istifadə ediblər. Lakin bu gün İsrail Qəzzanı bombalayarkən İsrail tәrәfdarı bәzi qruplar bu ifadənin mənasını dəyişdirməyə çalışırlar. Onlar bunu HƏMAS-ı dəstəkləyən şüar kimi qələmə verir vә İsraili məhv etmək çağırışı olduğunu iddia edirlər.

2023-cü ildə ‘’YouTube’’da yayımlanan videoda Amerikada fәaliyyәt göstәrәn yəhudi komitəsi bu ifadəni "yəhudilərə qarşı çağırış" adlandırıb. Lakin ekspertlər bunun əksini söyləyirlәr.

Amerikalı tarixçi Maha Nassar bu ifadənin HƏMAS-la əlaqələndirilməsinin həqiqətə uyğun olmadığını bildirib. Nassar 2018-ci ildə "Çaydan dənizə qədər ifadəsi sizin düşündüyünüz mənanı vermir" adlı məqaləsində yazıb ki, bu şüar müqavimət qrupu yaradılmazdan çox əvvəl istifadə olunub. O, qeyd edib ki, bu ifadə fələstinlilərə öz torpaqlarına bağlılıqlarını və milli iddialarını və azdlıq ilә sülhә dair baxışlarını ifadә etmәyә imkan verir. O, bu ifadәnin "fələstinlilərin Fələstinin bütün ərazilərindən olduqları" mәnasını verdiyini vә Fәlәstin әrazisinin İordan çayının yaxınlığındakı Erihadan Aralıq dәnizi sahilindәki Yafayadәk uzandığını bildirib. Buna baxmayaraq, İsrail tәrәfdarı bәzi qruplar vә insanlar bu şüara mənfi yanaşmanı davam etdirirlər. Bu fikir, xüsusilə də ötən il baş verən son münaqişədən sonra geniş yayılıb.

Böyük Britaniyanın keçmiş daxili işlər naziri Suella Braverman Londonda keçirilәn Fәlәstinә dәstәk nümayişlərini "nifrət yürüşləri" adlandırıb. O, bu ifadənin İsraili xəritədən silmək cәhdi kimi qəbul edilməli olduğunu iddia edib. Sky News-a müsahibә verәn Suella Braverman etirazların "nifrət yürüşləri" olduğuna inandığını söyləyib və hətta polisin nümayişçilərə lazımi qәdәr güc tәtbiq etmәdiyini bildirib. Suella Braverman Böyük Britaniyada keçirilәn parlament seçkiləri ərəfəsində bu ritorikasına görə vəzifəsindən azad edilib.

Avstriya polisi də Suella Bravermana bənzər bir yanaşma nümayiş etdirdi. Onlar Vyanada keçirilməsi nəzərdə tutulan Fələstin tərəfdarlarının etiraz aksiyasını bu ifadənin dəvətnamələrdə yer alması səbəbindən qadağan edib. Polis də bu ifadəni zorakılığa çağırış kimi qiymətləndirib. Lakin bu şüar dәfәrәrlә buna oxşar reaksiyalarla üzlәşib.

2018-ci ildə CNN afroamerikalı müəllif və fəal Mark Lamont Hilli BMT tədbirində "çaydan dənizə qədər Fәlәstin azad olacaq" ifadәsini işlәtdiyinә görә işdən çıxardı. Hill çıxışının tənqidçilər tərəfindən kontekstdən çıxarıldığını iddia edib. Qısa müddət sonra CNN onu işdən çıxarıb. Hill öz çıxışını müdafiə edərək bildirdi ki, bu, "heç nəyi və ya heç kimi məhv etmək çağırışı deyildi... Bu, həm İsraildə, həm də İordan çayının qәrb sahili/Qəzzada ədalətin tәmin olunması ilә bağlı çağırışdır’’. Buna baxmayaraq, CNN onu işdən çıxarıb. Lakin medianın tәzyiqlәrinә baxmayaraq, Hill və bir çox digər fəallar bu şüarı sülh çağırışı kimi müdafiə etməyə davam edirlər.

Dünyamız qütbləşdikcə, eşitdiyimiz və gördüyümüz şeylərin arxasındakı mәnanı və tarixini öyrənmək üçün vaxt ayırmalıyıq.

"Çaydan dənizə qədər" ifadəsi baxış bucağınızdan asılı olaraq fərqli mənalar daşıya bilər. Lakin bir çox fələstinlilər və onların tərəfdarları üçün bu ifadə işğaldan azad gələcəyə olan ümidi simvolizə edir.