Eldar Ryazanov rus xalqını sevmirdi..?

17 Oktyabr 2024 19:35 (UTC+04:00)

...SSRİ xalq artisti Yuri Nazarov rejissor Eldar Ryazanovun “İtalyanların Rusiyada inanılmaz sərgüzəştləri” filminin Çin aktyorlarının iştirakı ilə remeykinin yaradılması ideyasından danışıb.

Yeri gəlmişkən deyim ki, remeyk, mövcud sənət əsərlərinin modifikasiyalarla yeni versiyalarının buraxılması və onlara öz xüsusiyyətlərinin əlavə edilməsidir-A.B.)

SİA-nın əldə etdiyi məlumata görə, “Paraqraf” portalı aktyorun sözlərini sitat gətirir.

Deməli, Nazarovun sözlərinə görə, Ryazanovun filmini yenidən çəkməyə dəyməz, çünki rejissor rus xalqını həqiqətən sevmirdi.

...Mən Ryazanovun fanatı deyiləm, çünki o, rus xalqını sevmirdi. Onu yenidən tərifləməyə ehtiyac yoxdur. Baxın, məsələn, “Taleyin ironiyası”. Bu heç də rusca deyil, vicdansızlıqdır. Biz özümüzü belə aparmırıq.

Bunu deyən Nazarov, Rusiya ilə Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq potensialını da qiymətləndirib.

...Çinlilərlə dost olmaq və onlarla təcrübə mübadiləsi aparmaq lazımdır. Bizim çoxlu ümumi mentalitetlərimiz var.

Nazarovun sözləridir.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Çinin baş rollarda çinlilərlə birlikdə məşhur sovet filminin birgə remeykini çəkməyə hazırlaşdıqları bildirilirdi.

P.S: Eldar Ryazanovun Samarada, bəzi iddialara görə isə İranda doğulduğunu bilirdim. Onun anasının yəhudi, arvadının isə tatar olduğunu da bilirdim. Amma Eldar Ryazanovun rus olmadığını bilmirdim...

Nazlı Almuradova