Nikolas Maduro andiçmə tarixini açıqladı

17 Oktyabr 2024 17:56 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro 10 yanvar 2025-ci ildə keçiriləcək mərasimdə yeni dövlət başçısı kimi and içəcəyini elan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxr Karakasda silahlı qüvvələrə yeni təyin olunmuş komandanlar üçün təşkil edilən mərasimə qatılan Nikolas Maduro gündəmə dair çıxış edib. O, 10 yanvar 2025-ci ildə Milli Məclisdə (AN) bir andiçmə mərasimi keçiriləcəyini bildirərək "Dəvət məktubunu aldım və qalib namizəd kimi konstitusiyada qeyd olunan qaydada and içəcəyimi açıq şəkildə təsdiq etmək istəyirəm" dedi.

Venesuela prezidenti məqsədinin demokratiyanı daha da gücləndirmək olduğunu vurğuladı: "Bizim layihəmiz birbaşa xalqçı, sosialist demokratiyasıdır. Millətimizin maraqları üçün hərbi gücümüzü və xalqın gücünü möhkəmləndiririk."

Xatırladaq ki, Nikolas Maduro 28 iyulda keçirilən prezident seçkilərini 51,20 faiz səslə üçüncü dəfə qazanmışdı.