50 yaşlı köhnə motosiklet yeni Bentley qiymətinə..?

17 Oktyabr 2024 23:46 (UTC+04:00)

Böyük Britaniyada 1974-cü il istehsalı olan Ducati 750 SS motosikleti Bonhamsda hərracda satılıb. Alıcılar bunun üçün 140 000 funt sterlinq (183 000 dollar) ödəyiblər - eynilə yeni Bentley Bentayganın qiyməti qədər…

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hərrac evinin saytında bildirilib.

Qeyd edilir ki, Ducati 750 SS-in yüksək qiyməti onun nadir kolleksiya modeli olması ilə bağlıdır. Bu motosikletlərdən cəmi 401 ədəd istehsal edilib. Əslində, bu, İtaliyada keçirilən məşhur Imola 200 yarışında qalib gələn idman velosipedinin istehsal versiyasıdır.

…Ducati 750 SS dövrünün ən sürətli motosikletlərindən biri iolub. O, 73 at gücü hasil edən 748 cc V2 mühərriki ilə təchiz edilib. 5 pilləli mexaniki transmissiya ilə o, 217 km/saat sürət yığa bilir.

Motosiklet ön və arxada disk əyləcləri ilə təchiz edilmişdir. Bu xüsusi Ducati 750 SS Böyük Britaniyaya gətirilən yalnız 24-dən biridir. Motosikletin orijinal sənədləri saxlanılıb. 1975-ci ildə Ducati 750 SS bir sıra yarışlarda iştirak edib. Motosiklet bir neçə dəfə əl dəyişib və 2010-2011-ci illərdə tam bərpa olunub.

Nazlı Almuradova