Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

17 Oktyabr 2024 16:51 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə SİA-ya GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi oktyabrın 19-na səhərə qədər davam edəcək. Küləyin sürətinin 18-23 m/s, arabir 25-27 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2-3 metrə, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.