Avtomobil yollarında qəzaların sayı azalıb

17 Oktyabr 2024 16:26 (UTC+04:00)

Bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında qəzaların sayı azalıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində COP29-la əlaqədar keçirilən kollegiya iclasında bildirilib.

Məlumat verilib ki, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.