Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb

17 Oktyabr 2024 15:22 (UTC+04:00)

Gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. SİA xəbər verir ki, 30 nəfərdən ibarət səyyah qrupu regionda aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olacaq, həmçinin Ermənistanın işğal illərində törətdiyi dağıntıların və vandalizm aktlarının şahidi olacaqlar.

Səfərin ilk günündə turistlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə yollanacaqlar. Oktyabrın 18-də Ağdam şəhərinə səfər olacaq.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.