Qəzzada ölənlərin sayı 42 min 438 nəfərə çatıb

17 Oktyabr 2024 13:53 (UTC+04:00)

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 29 nəfər artaraq 42 min 438-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 377 gündür Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi iki qırğında 29 nəfərin öldüyü, 93 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 min 438-ə, yaralı sayının isə 99 min 246-ya yüksəldiyi qeyd edilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.