Bakının bu ərazisində torpaq sürüşməsi oldu

17 Oktyabr 2024 13:34 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir: "Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.