Dr.Raziyyə Tapdıqova təlimdə iştirak edib

17 Oktyabr 2024 13:10 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin uzman mama-ginekoloqu Raziyyə Tapdıqova 16-17 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım” üzrə təlim kursunda iştirak edib. SİA xəbər verir ki, təlimdə hamilə qadınlarda baş verə bilən ekstremal vəziyyətlərdə vaxtında və peşəkar tibbi yardımın göstərilməsi, peşəkar tibbi yardımın göstərilməsi üçün səmərəli komanda işinin qurulması qaydaları, hamiləlikdə birinci trimestr ağırlaşmaları, hamiləliyin tibbi ağırlaşmaları, vaxtından əvvəl doğuş və dölyanı qişaların vaxtından əvvəl yırtılması, doğuşla bağlı travma və digər mövzular əhatə edilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.