Rusiya döyüş təyyarələri İdlibə hücum etdi - çoxlu ölü və yaralı var

17 Oktyabr 2024 10:03 (UTC+04:00)

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbindəki İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət təyyarələrinin rəsədxanasından alınan məlumata görə, dünən yerli vaxtla saat 17:00 radələrində Latakiyadakı Hmeymim Hava Bazasından havaya qalxan 3 Rusiya döyüş təyyarəsi İdlibə 4 hava zərbəsi endirib.

Suriya Mülki Müdafiədən alınan məlumata görə, Aynşib kəndindəki dülgər emalatxanasına endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib. Yaralılara ətrafdakı xəstəxanalarda tibbi yardım göstərilib.