Rusiya yolları NATO əsgərlərindən daha çox insanı öldürür

16 Oktyabr 2024 20:06 (UTC+04:00)

Rusiyalı senator Dmitri Roqozin Telegram kanalında Krıma gedən, eləcə də Zaporojye və Xerson vilayətləri arasındakı magistral yolda kiminsə qoyub getdiyi "əjdaha dişi" səbəbindən baş verən qəza ilə bağlı vəziyyətdən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, yazıda o, ötən gün Kursk vilayətində baş vermiş oxşar vəziyyəti xatırladıb.

Qeyd edilir ki, oktyabrın 12-də Kursk vilayətinin sərhədyanı rayonlarından sakinləri daşıyan könüllü İvan Naumov yolda qalan beton maneələrə çırpılıb.

Könüllü xəsarət almayıb, lakin onun avtomobilini bərpa etmək mümkün deyil.

Həmin gün Rylsk-Yankovo ​​magistralında daha bir avtomobil tank əleyhinə maneələrə çırpılıb.

Qəza nəticəsində 68 yaşlı “Renault” sürücüsü xəsarət alıb. ...Bu cür beton blokları keçid məntəqələrində işarələyən qırmızı zolaqlar yoxdur. Ölüm təhlükəsi ilə bağlı heç bir əksedici işarə yoxdur. Bu nədir? Kim qoyub bura? Hansı niyyətlə?

Bun deyən Roqozin, belə nəticəyə gəlib ki, Rusiya yolları “NATO qoşunlarından daha çox insanı öldürür” və “kimsə buna görə cavab verməlidir”.

Əli Babayev