Rutte Ukraynaya hərbi yardımın təfərrüatlarını açıqlayıb

16 Oktyabr 2024 19:43 (UTC+04:00)

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələri 2024-cü ildə Ukraynaya 40 milyard avro hərbi yardım etməyi hədəfləyir.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

…Mən bildirməkdən məmnunam ki, biz bu il üçün vəd etdiyimiz 40 milyard avronu çatdırmaq yolunda qətiyyətlə yoldayıq.

Bunu NATO-nun baş katibi deyib.

Rutte alyansın 2024-cü ildə Ukraynaya hərbi yardımı maliyyələşdirməsinin təfərrüatlarını açıqlayıb. Onun hesablamalarına görə, ilin birinci yarısında ölkələr təşkilata 20,9 milyard avro hərbi yardım göndərib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya “qələbə planını” açıq şəkildə təqdim edib. Ukrayna rəhbərliyi yaxın vaxtlarda Qərbdən NATO-ya dəvət tələb edib.

Əli Babayev