Zaqatalada baş verən avtomobil qəzasında bir nəfər ağır yaralanıb

16 Oktyabr 2024 19:10 (UTC+04:00)

Bu gün axşam saatlarında Zaqataladan Qax rayonu istiqamətdə hərəkət edən avtomobil qəza törədib. Hadisə Zaqatalanın Yeni Suvagil kəndi ərazisində baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qax şəhər sakini, 34 yaşlı Aqşin Camalov idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə o, hadisə yerinə çağırılan Təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlər yaralıya ilkin müalicələr təyin edib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.