Azərbaycan boksçuları Avropa çempionatında 4-cü medalı təmin ediblər

16 Oktyabr 2024 19:00 (UTC+04:00)

Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komanda yoldaşlarının uğurunu 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Allahverdiyev davam etdirib. O, 1/4 finalda Matvi Raybanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev finala gedən yolda serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.

Bununla da yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Daha əvvəl Marjona Savriyeva (50 kiloqram), Tural Sarıyev (48 kiloqram) və Nicat Hüseynov (51 kiloqram) 1/2 finala adlamaqla ən azı bürünc medalı təmin ediblər.