CNN: İsrail artıq İranın hücumuna cavab verməyi planlaşdırıb

16 Oktyabr 2024 19:03 (UTC+04:00)

...İsrail İranın hücumuna cavab hazırlayıb. Amerikalı diplomatlar bunun ABŞ prezident seçkilərindən əvvəl baş verəcəyini gözləyirlər.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna CNN-ə istinadən məlumat yayıb.

Telekanalın anonim mənbəsi bildirib ki, oktyabrın 1-də İranın hücumuna İsrailin cavab planı artıq hazırdır. CNN də şərh üçün İsrail Müdafiə Nazirliyinə müraciət edib. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri ABŞ-ı əmin ediblər ki, İrana qarşı əks-hücum neft və ya nüvə obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşacaq.

Eyni zamanda, nəşrin yazdığına görə, Amerika rəsmiləri noyabrın 5-i ABŞ prezident seçkiləri gününə qədər İsrailin İran hücumunun qisasını alacağını gözləyir.

Əli Babayev