İtaliya və Almaniyadan ortaq müdafiə sənayesi

16 Oktyabr 2024 18:54 (UTC+04:00)

İtaliyanın “Leonardo” və Almaniyanın “Rheinmetall” müdafiə sənayesi şirkətləri tank istehsalı üçün ortaq müəssisə yaratmaq qərarına gəldilər. İlk növbədə, İtaliya ordusunun ehtiyaclarını qarşılamağı planlaşdıran bu ortaq müəssisənin gələcəkdə digər Avropa ölkələrinin hərbi modernizasiya tələblərinə də xidmət etməyi gözlənilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yeni yaradılan ortaq qurum “Panther KF51” döyüş tankı və “Lynx” platformasının sənaye baxımından inkişaf etdirilməsi və marketinqinə fokuslanacaq. Bu təşəbbüs Avropa müdafiə sənayesində əhəmiyyətli bir addım kimi qiymətləndirilir və daha təhlükəsiz bir Avropa üçün inkişaf potensialı təqdim edir.