Moskva yaxınlığındakı hərbi aerodrom yanır

16 Oktyabr 2024 18:23 (UTC+04:00)

Moskva vilayətində ikinci mürəkkəblik dərəcəsi verilən hərbi aerodromda yanğın baş verib. SİA-nın əldə etdiyi məlumata görə, hazırda ruslar alovun qarşısını ala bilməyiblər.

Hadisə ilə bağlı məlumatlar oktyabrın 16-dan sosial şəbəkələrdə görünməyə başlayıb.

Artıq müxtəlif ictimai səhifələrdə hadisə yerindən foto və videolar yerləşdirilib.

Bildirilir ki, yanğın Çkalovski aerodromunun ərazisində 800 kvadratmetr ərazini əhatə edib.

...Təhlükəsizlik qüvvələrinə yaxın olan TG kanallarının məlumatına görə, inzibati bina yanıb, yanğının sahəsi 800 kv.m olub.

...İlkin olaraq, itki yoxdur.

Bunu ASTRA Telegram kanalı yazır.

Hələlik bu məsələ ilə bağlı rəsmi şərh yoxdur.

Əli Babayev