İsrailli əsirlərin ailələri etiraz aksiyası keçirib

16 Oktyabr 2024 18:07 (UTC+04:00)

Qəzza zolağında saxlanılan israilli əsirlərin ailələri İsrail baş naziri Benyamin Netanyahuya qarşı etirazlarını davam etdirirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əsirlərin ailələri Netanyahunun Qeysəriyyədəki evinin qarşısında etiraz aksiyası keçiriblər.

Hökuməti istefaya çağıran etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını tələb ediblər. Netanyahu hökuməti əleyhinə şüarlar səsləndirən qrup əsir mübadiləsinin aparılmasını da istəyib.