SİA-nın əməkdaşı AYB-nin üzvü seçildi

16 Oktyabr 2024 16:58 (UTC+04:00)

Bu gün “Səs” İnformasiya Agentliyinin əməkdaşı, yazıçı-nasir Söylü Ayaz qızı Ağazadə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. SİA xəbər verir ki, bu barədə jurnalist, eləcə də yazıçı-nasir olan S.Ağazadə özü məlumat yayıb.

"Bu yolda mənə inanan, dəstək olan hər kəsə təşəkkür edirəm. Demək ki, heç nə əbəs olmayıb", - deyə, Söylü bildirib.

Qeyd edək ki, Ağazadə yazdığı əsərlərlə diqqət çəkib. O, bir neçə dəfə bununla bağlı tədbirlər də keçirib.