Aİ "X" platformasına daha sərt qaydalar tətbiq edəcək

16 Oktyabr 2024 16:44 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) bəyan edib ki, "X" sosial media platforması daha sərt qaydalara tabe olan “qapı gözətçisi” təsnifatına daxil deyil. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyası, İlon Maska məxsus "X"in Rəqəmsal Bazarlar Aktı çərçivəsində "vacib" bir platforma olmadığının müəyyən edildiyini açıqlayıb.

Açıqlamada xatırladılıb ki, Aİ may ayından etibarən "X" platformasının yeri ilə bağlı bazar araşdırması aparır. Bildirilib ki, "X" əsas platforma statusu üçün tələb olunan rəqəmsal hədləri yerinə yetirsə də, biznes və istehlakçılar arasında mühüm “qapı” hesab edilə bilməz.