AYNA auditor seçib

16 Oktyabr 2024 16:43 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2023-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 64,9 min manat ödəniləcək.