Cinsi təcavüzdə ittiham olunan reper əks-hücuma keçib

16 Oktyabr 2024 16:32 (UTC+04:00)

ABŞ-də "Diddy" ləqəbli amerikalı prodüser və reper Şon Kombs hökumətdən onu məhkəməyə verən və ittiham edən şəxslərin adlarını müəyyənləşdirməyi və açıqlamağı tələb edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, onun vəkilləri Kombsın adından Manhettendə federal məhkəmə hakiminə məktub göndəriblər.

Məktubda vəkillər Kombsu cinsi təcavüzdə 120 nəfərin günahlandırdığını, 6 nəfərin isə məhkəməyə verdiyini bildirərək, məşhur reperin "şöhrətinə görə yalan iddiaların hədəfinə çevrildiyini" müdafiə ediblər. Məktubda vəkillər mediada yayılan iddialar təsdiqlənmədikcə, bu cür iddiaların Kombsun ədalətli mühakimə prosesinin keçirilməsinə mane ola biləcəyini qeyd edərək, hökumətdən iddiaçıların kimliyini müəyyən edib açıqlamasını tələb ediblər.

Vəkil Tony Buzbee, Kombs tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını ifadə edən təmsil etdiyi 120 nəfərin bu mövzuda iddia qaldıracağını, 120 nəfərin yarısının kişi, yarısının qadın olduğunu bildirib. Digər tərəfdən, dünən 4-ü kişi, aralarında 16 yaşlı uşaq olmaqla 6 nəfərə cinsi istismar iddiası ilə Kombsa qarşı yeni iddiaların açıldığı açıqlanıb.