“Ürək çatışmazlığının rentgenoqrafik əlamətləri"

16 Oktyabr 2024 16:19 (UTC+04:00)

17 oktyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Ürək çatışmazlığının rentgenoqrafik əlamətləri” mövzusunda seminar həyata keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Seminar kardioloq, nefroloq, kardiocərrah, terapevt, təcili tibbi yardım həkimi, anestezioloq-reanimatoq, nevroloq, terapevt və radioloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulub. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!

Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.