Azərbaycanda Çingiz Aytmatova həsr olunan ensiklopediya hazırlanacaq

16 Oktyabr 2024 15:46 (UTC+04:00)

Azərbaycanda görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan ensiklopediya hazırlanacaq. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Qeyd edilib ki, ensiklopediya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun birgə layihəsi olacaq.

AMEA prezidentinin yanında keçirilən bugünkü müşavirədə ensiklopediya ilə əlaqədar məsələ müzakirə edilib və müvafiq tapşırıqlar verilib.