Böyük bədən ölçülü model hər kəsi heyran etdi - FOTOLAR

16 Oktyabr 2024 15:39 (UTC+04:00)

Amerikalı böyük bədən ölçülü model Eşli Qrem dünən Nyu-Yorkda "Victoria's Secret"in dəfiləsinə çıxıb. Moda dünyasında qıvrımlı model kimi tanınan Eşli Qrem sözün əsl mənasında podiumu "havaya uçurub". SİA xarici KİV-ə istinadən xəbər verir ki, ötən il “Maxim” jurnalı tərəfindən dünyanın ən seksual qadını seçilən Eşli Qrem indi də qatıldığı moda nümayişləri ilə diqqət çəkir.

Hər addımı hadisə olan məşhur model sonuncu dəfə 6 ildən sonra geri qayıdan "Victoria's Secret" dəfiləsində görünüb. İndiyə qədər podiumların ən məşhur supermodellərinin bir-bir səhnəyə çıxdığı moda nümayişində Eşli Qrem inamlı addımlarla addımlayıb. Məşhur modelin hər anı böyük rəğbətlə qarşılanıb.

Sosial media hesabında 21 milyondan çox izləyicisi olan Qrehemin moda nümayişi tərzi çox bəyənilib.