10 təyyarəyə bomba xəbərdarlığı edildi

16 Oktyabr 2024 15:26 (UTC+04:00)

Hindistanda son 48 saat ərzində sosial media və ya e-poçt vasitəsilə ən azı 10 təyyarəyə bomba təhdidinin edildiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Hava Yollarına məxsus Dehli-Çikaqo reysini həyata keçirən sərnişin təyyarəsi dünən bomba təhlükəsindən sonra Kanadaya məcburi eniş edib.

Kanada polisi təcili enişdən sonra təyyarədəki 211 sərnişin və ekipajın təxliyə edildiyini açıqlayıb. Bu gün verilən açıqlamada sərnişinlərin Kanada Hərbi Hava Qüvvələrinə aid təyyarələrlə Çikaqoya aparıldığı bildirilib.

Dünən baş verən başqa bir hadisədə isə "Air India Express" şirkətinə məxsus sərnişin təyyarəsinə bomba təhdidinin edilməsindən sonra iki reaktiv təyyarə Sinqapur Hərbi Hava Qüvvələri tərəfindən müşayiət olunub. Sinqapur müdafiə naziri Ng Eng Hen sosial media hesabından verdiyi açıqlamada təyyarənin Sinqapur Çanqi hava limanına endiyini açıqlayıb.

Bundan əlavə, Hindistan Hava Yollarına məxsus "Mumbay-Nyu-York" reysini yerinə yetirən sərnişin təyyarəsi də bomba təhlükəsindən sonra Dehliyə eniş edib. "IndiGo Airlines" aşağı büdcəli aviaşirkətinin Mumbaydan Oman və Səudiyyə Ərəbistanına planlaşdırdığı iki uçuş bomba təhlükəsindən sonra uzun gecikmələrlə üzləşib.