"Göz məsələsindən çox qorxuram" - MÜĞƏNNİ DAHA NƏLƏRİ AÇIQLADI?

16 Oktyabr 2024 14:11 (UTC+04:00)

Məlumdur ki, son zamanlar Azərbaycanda göz rəngi dəyişdirmə əməliyyatı etdirənlərin sayı artıb. Bir çoxları bu əməliyyatın ciddi fəsadları haqqında fikirlər irəli sürür. “Hətta kor belə ola bilərsiniz”, - deyə göz həkimləri söyləyir. Bəs, riskə gedib bu əməliyyatı etdirməyə dəyərmi? SİA mövzu ilə bağlı Azərbaycan Respublikasının əməkdar artisti Firuzə İbadovanın fikirlərini öyrənib.

Firuzə İbadova açıqlamasında əməliyyatları sevmədiyini bildirib: “Əgər ciddi əməliyyatlar lazımdırsa, edirəm. Amma göz məsələsindən çox qorxuram. Allahın verdiyi nemətə dəyməkdən çəkinirəm. Bu, elmin gücüdür. Allah o insanların köməkləri olsun. Bu, mənim şəxsi fikrimdir”.

Ayşən Vəli