Bakıda motolar yığışdırılaraq niyə cərimə meydançasına aparılır? - QURUM RƏSMİSİ AÇIQLADI

16 Oktyabr 2024 12:43 (UTC+04:00)

Son günlər sosial şəbəkələrdə Bakının küçələrindən kütləvi şəkildə motoların, mopedlərin, motosikletlərin yığışdırılıb cərimə meydançasına aparılması barədə görüntülər öz əksini tapıb. Sürücülər sürücülük vəsiqələri olduqları halda yenə də motolarının yığılmasından şikayətlənirlər. Bəs buna səbəb nədir? SİA məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli SİA-ya açıqlamasında bildirib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığı üçün mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkətdən kənarlaşdırılıb: "Mühafizə olunan duracağa təmin olunub və barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib".