Həyatını itirən minatəmizləyənlərə şəhid statusu verilsin!

16 Oktyabr 2024 12:24 (UTC+04:00)

Milli Məclisdə xidməti vəzifəsini icra edərkən həyatını itirən minatəmizləyənlərə şəhid statusunun verilməsi təklif edilib. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov bildirib.