İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək

16 Oktyabr 2024 12:14 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Arakçi regional gərginliyi müzakirə etmək üçün İordaniya, Misir və Türkiyəyə səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Arakçinin İran və İsrail arasında artan gərginliyi müzakirə etmək üçün bir sıra səfərlər edəcəyi bildirilib.

Açıqlamada bildirilib: "Xarici işlər naziri Arakçi, soyqırım, vəhşilik və təcavüzə son qoymaq məqsədi ilə bölgə ölkələri ilə diplomatik təmasları çərçivəsində İordaniya, Misir və Türkiyəyə səfər edəcək".