Ədliyyə Nazirliyində daha bir TƏYİNAT

16 Oktyabr 2024 12:09 (UTC+04:00)

Ədliyyə Nazirliyində Cəzaların İcrasına Nəzarət Baş İdarəsinə yeni rəis müavini təyin edilib. SİA xəbər verir ki, Quliyev Zaur Zakir oğlu sözügedən vəzifəyə təyin olunub.

Cəzaların icrasına nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlham Abasquliyev bu vəzifədən azad edilib.

Ədliyyə Naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.