48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı saxlanılıb

16 Oktyabr 2024 11:22 (UTC+04:00)

Bu il 9 ayı ərzində 48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı məsuliyyətə cəlb edilib. Bu barədə SİA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 111 kq 047,894 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.