Maduro İlon Maskı zorakılıqda ittiham edib

16 Oktyabr 2024 10:46 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro İlon Maskı ölkəsindəki etirazlarda “zorakılığı” təşviq etməkdə ittiham edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Maduro paytaxt Karakasda özəl televiziya kanalında gündəmlə bağlı danışıb.

Meksikada 28 iyul prezident seçkiləri ilə bağlı ABŞ-lı iş adamı Maskı hədəf alan Maduro deyib: "İlon Mask Venesueladakı seçki prosesində çevriliş, faşist epidemiyası və zorakılığa ən az 1 milyard dollar sərmayə qoydu".

Maduro hökumətinə etiraz edən ifrat sağçı fəalların Maskdan dəstək aldığını söyləyib: “İlon Mask yazıb ki, insanlar Maduroya qarşı küçələrə çıxıb təxminən bir aydır hər gün əşyaları yandırıblar və nəticədə Mask məğlub olub".

Maduro İsrailin Livana qarşı davam edən hücumlarına da toxunaraq, Livan xalqı ilə həmrəy olduqlarını və Suriyaya sığınan livanlılara ilkin olaraq 14 ton humanitar yardım göndərdiklərini bildirib.