Sumqayıtda qadın 17 min manatlıq dələduzluq etdi

16 Oktyabr 2024 10:47 (UTC+04:00)

Sumqayıtda qadın dələduzluqda şübhəli bilinir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 17000 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən 36 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.