"Qadının su ilə yanaşı inkişafına münasibət dəyişməlidir" - BAHAR MURADOVA

16 Oktyabr 2024 10:34 (UTC+04:00)

"Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyində bu sahədə həyata keçirilən çoxtərəfli fəaliyyət, o cümlədən ətraf mühitin sağlamlaşdırılması, yaşıllığın qorunması, onun artırılması, suya qənaət və suyun hədəflər üzrə istifadəsi üzrə yeni təşəbbüslər özünü göstərməkdədir". SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, suyu səmərəli istifadə etməklə bağlı işlər görülüb: "Hüquqların qorunması üçün cəmiyyət hər tərəfli səfərbər olmalı, bütün imkanları birləşdirib həm ehtiyacların ödənməsinə, həm də gələcək nəsillər üçün lazım olan hədəflərə yönəlik istifadəsinə imkan verməlidir.

Bir qayda olaraq ilkin vaxtdan suyu toplamaq, onu saxlamaq, qənaət etmək nəyəsə görə qadınların üzərinə qoyulub. Adətən çiynində səhəng bulaqdan su gətirən xanımların hansı ağır yük altında olduğunu düşünmədən onun boyuna, gözəlliyinə və bulağa getməsinə şeirlər qoşulub. Zaman dəyişib, inkişaf öz diktəsini edir. Azərbaycanda, dünyada həm suya münasibət, həm də qadının su ilə yanaşı inkişafına münasibət dəyişməlidir".