Tovuzda 18 nəfər dönərdən zəhərlənib

16 Oktyabr 2024 10:14 (UTC+04:00)

Tovuzda kütləvi zəhərlənmə olub. SİA xəbər verir ki, kütləvi zəhərlənmə rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alınıb.

Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildilib ki, kütləvi zəhərlənmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.