Xəzərdə zəlzələ baş verib

16 Oktyabr 2024 10:06 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 53 kilometr olub.