Dünya fond bazarlarının əsas indeks göstəriciləri

16 Oktyabr 2024 10:01 (UTC+04:00)

Oktyabrın 15-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.75% – 42,740.42 bəndədək, S&P 500 indeksi 0.76% – 5,815.26 bəndədək, Nasdaq indeksi isə 1.01% –18,315.59 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında isə oktyabrın 15-də Fransanın CAC-40 indeksi 1.05% – 7,521.97 bəndədək, Almaniyanın DAX indeksi 0.11% – 19,486.19 bəndədək, FTSE 100 indeksi 0,52% – 8,249.28 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1.0887 dollar təşkil edib.