Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

16 Oktyabr 2024 09:48 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,14% artaraq 2 682,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,17% artaraq 31,81 ABŞ dollarına bərabər olub.