ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris “Bloomberg”ə müsahibə verməkdən imtina edib, lakin Respublikaçılar Partiyasından rəqibi Donald Tramp isə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Con Mikletveyt məlumat verib. “Çikaqo İqtisadiyyat Klubu və “Bloomberg” birlikdə vitse-prezident Harrisi iqtisadi planları ilə bağlı oxşar müsahibəyə dəvət edib, o isə imtina etdi”, - Mikletveyt deyib.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərdə Tramp və Harris prezidentlik uğrunda mübarizə aparacaq.